"Real" 17 yaşlı futbolçunun transferini razılaşdırıb

Hit: 503
"Real" 17 yaşlı futbolçunun transferini razılaşdırıb

Braziliyanın "Sao Paulo" klubunda çıxış edən Auqusto Qalvan "Real Madrid"ə transfer olunacaq.

Faktor.az xəbər verir ki, Madrid klubu 17 yaşlı yarımmüdafiəçinin keçidini qarşı tərəflə razılaşdırıb. Transfer 3 milyon avroya başa gələ bilər. Bunun 1 milyon avrosunu "Sao Paulo" birbaşa alacaq. Qalvanın çıxışından asılı olaraq qalan 2 milyon hissə-hissə Braziliya klubunun hesabına köçürüləcək.

Qeyd edək ki, Qalvanın "Sao Paulo" ilə cari müqaviləsi martda başa çatır. 









Redaktorun seçimi