Çempionlar Liqasının ən yaxşısı o seçildi - FOTO

Hit: 710
Çempionlar Liqasının ən yaxşısı o seçildi - FOTO

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Faktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 1/8 final mərhələsinin bu həftə baş tutan 4 qarşılaşmasına əsasən 4 oyunçu arasında seçim aparılıb.

Qitə futbol qurumunun azarkeşlərlə apardığı sorğunun nəticəsinə görə, “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq rəqiblərini qabaqlayıb. “Monako” ilə (5:3) görüşdə 1 qol və 1 məhsuldar ötürməyə imza atan Sterlinq respondentlərin 35 faiz səsini toplayıb.

“Bayer”lə səfər qarşılaşmasında 1 qol və 1 assistlə “Atletiko”nun 4:2 hesablı qələbəsində önəmli pay sahibi olan hücumçu Kevin Qameyro 28% səslə ikinci olub.

“Yuventus”un hücumçusu Paulo Dibala “Porto” ilə (2:0) matçdakı çıxışına görə 19% səs toplayıbsa, “Sevilya” ilə səfər qarşılaşmasında “Lester”in (1:2) məğlubiyyətinə mane ola bilməsə də, 8 “seyv”lə yadda qalan Kasper Şmeyxel 4-cü yerdə (17%) qərarlaşıb.









Redaktorun seçimi