Hakimi söyən ulduz futbolçu cəzalandırıldı

Hit: 468
Hakimi söyən ulduz futbolçu cəzalandırıldı

“Nitsa”nın hücumçusu Mario Balotelli cəzalandırılıb.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb italiyalı forvardın hakimi söyməsi olub.

Belə ki, Fransa çempionatının ötən turunda “Loryen”lə səfər qarşılaşmada hakimi təhqir edən ulduz futbolçu cari mövsümdə 3-cü dəfə meydandan qovulub. Yerli futbol federasiyası bu hərəkətinə görə, 26 yaşlı oyunçunu 2 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, “Nitsa”ya ötən yay “Liverpul”dan keçən Mario Balotelli bu mövsüm keçirdiyi 19 oyunda 11 qola imza atıb.









Redaktorun seçimi