"Fiorentina" və "Tottenhem" dayandı, Türkiyəni yalnız "Beşiktaş" təmsil edəcək - YENİLƏNİB

Hit: 1150
"Fiorentina" və "Tottenhem" dayandı, Türkiyəni yalnız "Beşiktaş" təmsil edəcək - YENİLƏNİB

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab matçları oynanılıb.

Faktor.az xəbər verir ki, ötən gün baş tutan 3 qarşılaşmadan sonra daha 13 görüş keçirilib.

İlk matçlardan sonra böyük üstünlüyə malik olan “Roma”, “Beşiktaş”, “Lion” və “Rostov” şansı əldən verməyiblər.

“Tottenhem”, “Fiorentina” və “Osmanlıspor” ilk görüşlərdən sonra sərfəli nəticə əldə etsələr də, cavab oyunlarda bu üstünlüklərini qoruya bilməyərək mübarizəni dayandırmalı olublar.

"Şaxtyor" - "Selta" matçında isə uzatma dəqiqələrinə ehtiyac duyulub. Səfərdə qalib gələn ispanlar yollarına davam ediblər.

Avropa Liqası

1/16 final mərhləsi, cavab oyunları

23 fevral

“Osmanlıspor” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 0:3

Qollar: Ansarifard, 49, 86, Elyunusi, 70

İlk oyun – 0:0

“Ayaks” (Hollandiya) – “Legiya” (Polşa) - 1:0

Qol: Virgever, 49

İlk oyun – 0:0

APOEL (Kipr) – “Atletik” (İspaniya) - 2:0

Qollar: Soteriu, 46, Ciannotas, 54

İlk oyun – 2:3

“Roma” (İtaliya) – “Vilyarreal” (İspaniya) - 0:1

Qol: Borre, 16

İlk oyun – 4:0

“Beşiktaş” (Türkiyə) – “Hapoel” (Beer-Şeva, İsrail) - 2:1

Qollar: Abubakar, 17, Cenk, 87 - Nukaeme, 64

İlk oyun – 3:1

“Zenit” (Rusiya) – “Anderlext” (Belçika) - 3:1

Qollar: Juliano, 24, 78, Dzüba, 72 - Telin, 90

İlk oyun – 0:2

“Kopenhagen” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan) - 0:0

İlk oyun – 2:1

“Fiorentina” (İtaliya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:4

Qollar: Kaliniç, 16, Valero, 29 - Stindl, 44, 47, 55, Kristensen, 60

İlk oyun – 1:0

“Genk” (Belçika) – “Astra” (Rumıniya) - 1:0

Qol: Pozuelo, 67

İlk oyun – 2:2

“Lion” (Fransa) – “Alkmaar” (Hollandiya) - 7:1

Qollar: Fekir, 5, 27, 78, Kornet, 17, Darder, 34, Aua, 87, Diaxabi, 89

İlk oyun – 4:1

“Şaxtyor” (Ukrayna) – “Selta” (İspaniya) - 0:2

Qollar: Aspas, 90 (pen.); Kabral, 108

İlk oyun – 1:0

“Sparta” (Çexiya) – “Rostov” (Rusiya) - 1:1

Qollar: Karavaev, 84 - Poloz, 13

İlk oyun – 0:4

“Tottenhem” (İngiltərə) – “Gent” (Belçika) - 2:2

Qollar: Eriksen, 10, Vanyama, 61 - Keyn, 20 (öz qapısına), Perbet, 82

İlk oyun – 0:1









Redaktorun seçimi