Cəzadan sonra - İlk dəfə stadiona gəldi

Hit: 405
Cəzadan sonra - İlk dəfə stadiona gəldi

UEFA Avropa Liqasının 1/16 finalında keçirilən “Sent-Etyen” - “Mançester Yunayted” qarşılaşmasını (0:1) UEFA-nın sabiq prezidenti Mişel Platini də izləyib.

Faktor.az xəbər verir ki, Platini korrupsiyada ittiham olunaraq cəzalanandan sonra ilk dəfə stadiona gəlib. Vaxtilə “Sent-Etyen”in şərəfini qoruyan (1979-1982) Platini “Jeffrua Qişar” stadionuna keçirilən qarşılaşmanı canlı izləyib.

Korrupsiyada ittiham edilən Platini 8 il müddətinə cəzalanmışdı. Ancaq sonradan bu cəza iki dəfə azaldılmışdı.

Platini Fransada keçirilən Avropa çempionatının oyunları zamanı stadiona getməmişdi.









Redaktorun seçimi