Azərbaycan çempionu "Fənərbaxça"ya qarşı

Hit: 431
Azərbaycan çempionu "Fənərbaxça"ya qarşı

Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu bu gün Çempionlar Liqasında 5-ci tur matçına çıxacaq.

Faktor.az xəbər verir ki, Azərbaycan çempionunun bu turdakı rəqibi Türkiyə "Fənərbaxça"sı olacaq.

Voleybol Mərkəzində keçiriləcək görüşü rusiyalı ALeksandr Pavlov və yunanıstanlı Epaminondos Gerotodorosdan ibarət hakimlər briqadası idarə edəcək.

4 turdan sonra "Fənərbaxça" 12 xalla C qrupuna başçılıq edir və növbəti mərhələyə vəsiqəni təmin edib. 9 xalla 2-ci pillədə olan "Azərreyl" də bu hüquqa vaxtından əvvəl yiyələnmək üçün Türkiyə təmsilçisindən 2 set almağı bacarmalıdır.

Qeyd edək ki, oyun saat 18:00-da başlanacaq.









Redaktorun seçimi