"Chapecoense"nin əlil qapıçısı idmana davam etmək istəyir

Hit: 458
"Chapecoense"nin əlil qapıçısı idmana davam etmək istəyir

"Chapecoense"nin ötən ilin noyabrında baş vermiş faciəvi təyyarə qəzasında sağ qalan Cekson Folman ayağının birini itirmişdi. Bununla belə braziliyalı qapıçı idmanda qalmaq istəyir.

Faktor.az xəbər verir ki, Folman Paralimpiya oyunlarında iştirak etmək arzusundadır.

"Həmişə "Chapecoense" mənimlə olacaq. Bir zaman Paramlipiya oyunlarına qatılmaq istərəm. Qəzadan sonra özümə gəldim, gözlərimi açdım. Qaranlıq və soyuq idi. Köməyə çağırdım. Dostlarımdan bəzisi sağ qalmışdı, onlar da qışqırırdı. Sonra xilasedicilərin necə gəldiyini eşitdim" - Folman deyib.









Redaktorun seçimi