İordaniya "Bakı 2017"-də geniş heyətlə iştirak edəcək

Hit: 332
İordaniya "Bakı 2017"-də geniş heyətlə iştirak edəcək

İordaniya Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında 70 idmançı ilə təmsil olunacağını açıqlayıb.

Faktor.az xəbər verir ki, İordaniya Olimpiya Komitəsi bu ölkənin idmançılarının tekvondo, tennis, cüdo, üzgüçülük, boks, karate, güləş, uşu, atıcılıq, 3-ün 3-ə basketbol və paralimpiya növlərində mübarizə aparacaqlarını yazıb.Ümumiyyətlə, 4-cü islam həmrəyliyi oyunlarında 57 ölkədən 3500 idmançı iştirak edəcək. İlin idman tədbiri mayın 12-də başlayıb 22-də yekunlaşacaq. Azərbaycan ev sahibi olaraq bütün idman növlərində təmsil olunacaq.









Redaktorun seçimi