Son finalçı “Atletiko” Almaniyada coşdu - VİDEO

Hit: 1051
Son finalçı “Atletiko” Almaniyada coşdu - VİDEO

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 oyun keçirilib.

Faktor.az xəbər verir ki, son finalçı “Atletiko” “Bayer”in qonağı olub. Qrup mərhələsində güclü “Bavariya”nı qabaqlamağı bacaran madridlilər ikinci yerin sahibi kimi adını 1/8 final yazdıran “Bayer”i məğlub edib. Gərgin və dramatik şəraitdə keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Səfərdə 4:2 hesabı ilə qələbə qazanan Dieqo Simeonenin yetirmələri cavab matçından öncə böyük üstünlük əldə ediblər.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

“Bayer” (Almaniya) – “Atletiko” (İspaniya) - 2:4

Qollar: Bellarabi, 48, Saviç, 68 (öz qapısına) - Nigez, 17, Qrizman, 26, Qameyro, 59 (pen.), Fernando Torres, 86

Baş hakim: Uillyam Kollum (Şotlandiya)









Redaktorun seçimi