Mançesterdə fantastik gecə - VİDEO

Hit: 401
Mançesterdə fantastik gecə - VİDEO

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində 2 oyun keçirilib.

Faktor.az xəbər verir ki, günün ən maraqlı və bol qollu matçı “Mançester Siti” və “Monako” komandaları arasında olub. Bu oyun dramatiklik baxımından paralel keçən matçı qabaqlayıb. Görüşdə hesabı meydan sahibləri açsa da, bu üstünlük qısa çəkib. Ardınca iki qol vurab "knyazlıq klubu" önə çıxıb. Aqueronun bərabərlik qolunun sevinci də uzun olmayıb. Falkao qonaqları yenidən önə keçirib.

Ancaq sonradan özündə güc tapan "şəhərlilər" ardıcıl 3 dəfə fərqlənərək möhtəşəm geri dönüşə imza atıblar - 5:3.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

“Mançester Siti” (İngiltərə) – “Monako” (Fransa) - 5:3

Qollar: Sterlinq, 26, Aquero, 58, 71, Stons, 77, Sane, 82 - Falkao, 32, 61, Mbappe, 40

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)









Redaktorun seçimi