Son nəfəsində belə klubu ilə maraqlanan - Əfsanəvi prezidenti İlhan Cavcav

Hit: 627
Son nəfəsində belə klubu ilə maraqlanan - Əfsanəvi prezidenti İlhan Cavcav

Türk futboluna damğa vurmuş isimlərdən olan, "Gənclərbirliyi"nin əfsanəvi prezidenti İlhan Cavcav 81 yaşında dünyasını dəyişib.

Faktor.az xəbər verir ki, dünən Türkiyə vaxtı ilə saat 06.30-da Cavcav huşunu itirərək "Güvən" xəstəxanasına yerləşdirilib. Xəstəxanaya çatdırılan zaman ürəyi dayanan prezidentə aparat qoşulub. Müayinədən sonra xəstəxanadan Cavcavın beyninə qan sızması və həyatını itirmək təhlükəsinin ciddi olması ilə bağlı açıqlama verilib. 

Bu gün isə Türkiyə mətbuatının yaydığı məlumata görə Cavcav səhər saatlarında yaşamını itirib. O "Gənclərbirliyi"ndə prezidenti olduğu 37 ildə 42 məşqçi ilə işləyərək maraqlı rekorda imza atmışdı...
 
Onun oğlu Murat Cavcav mətbuata verdiyi açıqlamada "Acımız çox böyük, atam yenicə dünyasını dəyişib. Türk futbolu ağsaqqalını itirdi" ifadələrini söyləyib.

FUTBOL HƏYATI

Ailəsində Təyyar Cavcav və Cavad Muratal kimi bir çox peşəkar futbolçular olan İlhan Cavcavın futbol həyatı, "Mamak Maskespor"da işləyən Cici Necdətin diqqətini çəkməsi başladı. Cavcav 16 yaşında "Maskespor"un heyətinə qoşulub və müdafiənin mərkəzində (stoper) mövqeyində oynamağa başlayıb. O, 19 yaşında PTT 1-ci liqada oynayarkən peşəkarlığa keçid təklifi alsa da, zavoddakı işləri səbəbindən müqaviləni qəbul etmədi və həvəskar futbolçu kimi oynadığı "Bahçeli Gençlik Spor"a getdi.

Əfsanəvi prezident 1978-ci ildən "Gənclərbirliyi" klubunda işləyir. İlhan Cavcav daha bir ilkə elə xəstə halda imza atmışdı. 81 yaşlı prezident xəstəxanada olmasına baxmayaraq transferlərlə yaxından maraqlanmağı unutmurdu. 

Belə ki, bu yaxınlarda heyətə qatdıqları Badi adlı futbolçu ilə müqavilə məhz xəstəxanada imzalanmışdı. Xəstə yatağında anlamşmanı rəsmiləşdirən Cavcav bununla da növbəti ilkə imza atıb. Bu isə onun son transferi olub.
 








Redaktorun seçimi