Millimizin futbolçuları oynamadı - "Boavişta" əzimkar qələbə qazandı - VİDEO

Hit: 756
Millimizin futbolçuları oynamadı - "Boavişta" əzimkar qələbə qazandı - VİDEO

Portuqaliya Premyer Liqasında 18-ci turun oyunları keçirilir. 

Faktor.az xəbər verir ki, bu turda millimizin üvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" klubu səfər sınağına çıxıb. Portu təmsilçisi "Arouka"nın qonağı olub. 

Matç "Boavişta"nın qələbəsi ilə başa çatıb - 1:2. Belə ki, matçda hesabı 8-ci dəqiqədə meydan sahibləri açıb. Daha sonra iki qol vuran "Boavişta" aktivinə növbəti 3 xalı yazdırıb və turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.

Qeyd edək ki, "Boavişta"nın əsas qapıçısı olan Kamran Ağayev cəzalı olduğu üçün bu oyunda iştirak edə bilməyib. Emin Mahmudovun adı matçın iştirak ərizəsinə daxil edilsə də, o, sonadək ehtiyat oyunçular skamiyasında əyləşib. 

 









Redaktorun seçimi