Futbol İctimaiyyəti 20 yanvar faciəsini necə andı? - FOTOLAR

Hit: 731
Futbol İctimaiyyəti 20 yanvar faciəsini necə andı? - FOTOLAR
Bu gün qanlı 20 yanvar tarixindən düz 27 il ötür. 27 ildi ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılan bu "səhifələri" hər dəfə xatırlayırıq, həmin vaxt şəhid olmuş insanların xatirəsini anırıq.
 
Təbii ki, klublarımız, futbol ictimaiyyəti də hər il müxtəlif vasitələrlə şəhidlərin xatirəsini yad edir. Bəs bu dəfə necə, klublarımız hansı şəkildə bu hadisələri anıb? Bu suala cavab tapmaq üçün bir az araşdırma apardıq.
 
Məlum oldu ki, premyer-liqa təmsilçilərinin hamısı klub saytı vasitəsilə 27 il əvvəlki hadisələri xatırlayıb. Məlumat vermək baxımından hazırda turnir cədvəlinin lideri və çempionluğa əsas namizədlərdən sayılan yaralı bölgə təmsilçisi "Qarabağ" fərqlənib. Belə ki, klubun rəsmi saytında 1990-cı ildə baş vermiş qanlı yanvar hadisələri ilə bağlı geniş məlumat dərc olunub. 
 
"Neftçi" və "Kəpəz" isə klub saytı vasitəsilə şəhidləri anmaqla yanaşı Şəhidlər Xiyabanını ziyarət edib. Antalya toplanışını başa vuran "ağ-qaralar"ın, o cümlədən gəncəlilər rəsmi saytda ziyarətlə bağlı məlumatlar da yerləşdirilib. Hətta bir gün öncə "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu komanda üzvləri ilə görüşüb, legionerlərə 20 yanvar faciəsinin mahiyyətini anladıb. Elə hazırda Antalyada olan "Zirə" də bugünkü məşqinə şəhidləri anmaqla başlayıb. Baş məşqçi Ayxan Abbasov həmin gecə baş verənləri futbolçulara anladıb. 
 
"İnter" də hazırda Antalyada olmasına baxmayaraq şəhidlərimizi anmağı yaddan çıxarmayıb. Klub üzvləri əllərində üzərində "Sizi unutmadıq!" yazılan pankartlarla vətən uğrunda canından keçənləri bir dəqiqəlik sükutla yad edib. 
 
Birinci divizionun əksər təmsilçiləri də 27 il əvvəlki faciələri unutmayıb. Məsələn, "Şahdağ", "Səbail", "Şəmkir", "Mil-Muğan", "Bakılı", MOİK, "Turan Tovuz" rəsmi "feysbuk" səhifələrində bşasağlığı verməyi unutmayıblar. Hətta Antalyada olan "Səbail", "Şəmkir" oyunlara qara sarğı ilə çıxıb, üstəlik məşqlərdə və iclaslarda bir dəqiqəlik sükutla şəhidləri yad ediblər. 
 
Futbol ictimaiyyətinin ən lazımlı hissəsi - bəzi azarkeş qrupları da hadisələrə biganə qalmayıb. Bu mənada "İmarət", "Forza Neftçi", "Sector 11"i nümunə göstərə bilərik. Onlar Şəhidlər Xiyabanına getməklə yanaşı rəsmi səhifələrində də müəyyən məlumatlar yerləşdiriblər.
 
1
1
1
1
1
1
1








Redaktorun seçimi