Ermənistan mətbuatı futbolçumuzdan yazdı - FOTO

Hit: 807
Ermənistan mətbuatı futbolçumuzdan yazdı - FOTO
Ermənistan mətbuatı millimizin sabiq üzvü Vaqif Cavadovdan yazıb.
 
Faktor.az xəbər verir ki, Golosarmeni.am saytında “Sumqayıt”dan ayrılan futbolçumuzun Rusiyanın “Anji” klubundan gələn təklifə rədd cavabı verdiyi qeyd olunub. Cavadovun “Anji”dən imtina etməsinə komandanın baş məşqçisinin ermənistanlı Aleksandr Qriqoryan olması səbəb göstərilib.
 
Cavadov bir müddət əvvəl verdiyi açıqlamada “Anji”dən gələn təklifi rədd etdiyini demişdi. O bildirmişdi ki, Mahaçqala klubundan kifayət qədər ciddi təklif alıb. Ancaq komandanın baş məşqçisi erməni olduğu üçün təklifi dəyərləndirməkdən imtina edib. Qeyd edək ki, bu xəbər erməni saytında günün ən çox oxunan xəbərlərindən biri olub.
 








Redaktorun seçimi