Millimizin futbolçusu fərqləndi - Komandası məğlub oldu - VİDEO

Hit: 656
Millimizin futbolçusu fərqləndi - Komandası məğlub oldu - VİDEO

Türkiyə kubokunda qrup mərhələsi davam edir.

Faktor.az xəbər verir ki, milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu “Bursaspor” da növbəti matçına çıxıb.

“Yaşıl timsahlar” doğma meydanda “Akhisar”la üz-üzə gəliblər. Oyuna start heyətində başlayan milli üzvü görüşü əvəzolunmadan keçirib.

O, 21-ci dəqiqədə komandasının bərabərlik qolunu vursa da, bu, darmadağının qarşısını almaq üçün yetərli olmayıb. Qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra hesabında 5 xal olan “Bursaspor” 3-cü pillədə qərarlaşıb.









Redaktorun seçimi