Messiyə "şok" TƏKLİF

Hit: 1019
Messiyə "şok" TƏKLİF
İngiltərənin "Mançester Siti" klubu "Barselona"nın hücumçusu Lionel Messi üçün 100 milyon funt ödəməyə hazırdır. 
 
Faktor.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 
 
Xəbərə görə, İngiltərə təmsilçisinin nümayəndələri "Barselona" rəhbərliyinə futbolçu üçün bu məbləği ödəməyə hazır olduqlarını bildirib. Lakin rəsmi təklif hələ olmayıb. 
 
"Mançester Siti"nin ən yüksək məbləğ qarşılığında transferi Pol Poqba olub. "Yuventus"dan "Mançester Sitiyə keçən yarımmüdafiəçi üçün 89 milyon funt ödənib. 
 
Qeyd edək ki, Lionel Messi 13 yaşından "Barselona"da çıxış edir. Ulduz futbolçu İspaniya klubunun heyətində 8 dəfə ölkə çempionu, 4 dəfə Kuboku, 4 dəfə Çempionlar Liqasının qalibi olub. 








Redaktorun seçimi