Corco Kyellinidən maraqlı açıqlama - "O, futbolun Useyn Boltudu"

Hit: 536
Corco Kyellinidən maraqlı açıqlama - "O, futbolun Useyn Boltudu"

İtaliya A seriyasının 20-ci turunda səfərdə “Fiorentina”ya 2-1 hesabı ilə məğlub olan “Yuventus”un müdafiəçisi Corco Kyellini yerli mətbuata açıqlama verib.

Faktor.az xəbər verir ki, Kyellini mövsüm ərzində ən zəif oyunlarını keçirdiklərini deyib. O, həmçinin ötən yayda “Mançester Yunayted”ə transfer olunan Pol Poqbanın yerinin göründüyünü bildirib:

“Ötən mövsümdə Poqba kimi oyunçuya sahib idik. O, yarımmüdafiənin Lebron Ceymsi, futbolun Useyn Boltudu. Bəlkə kənardan o qədər də hiss olunmur, ancaq onun çox fərqli oyun stili var. Bu mövsüm bizimlə deyil, onsuz yeni oyun sisteminə uyğunlaşmalıyıq”.

Xatırladaq ki, “Yuve” “Fiorentina”ya məğlubiyyətə rəğmən liderliyini davam etdirir. Rəqiblərinə nisbətən bir oyun keçirən “qoca sinyora” 45 xalla zirvədə qərarlaşıb.









Redaktorun seçimi