Almaniyanın ən yaxşısı - O seçildi

Hit: 507
Almaniyanın ən yaxşısı - O seçildi

Almaniyada 2016-cı ilin ən yaxşı futbolçusu məlum olub.

Faktor.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuya görə, Almaniya millisinin və "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil ilin ən yaxşı oyunçusu seçilib. Türk əsilli futbolçu səslərin 54.5 faizini toplayıb. "Real"ın yarımmüdafiəçisi Toni Kroos ikinci (33,9 faiz), "Köln"ün futbolçusu Yonas Hektor üçüncü (4 faiz) olub.

Məsut ilin futbolçusu seçilməsiylə bağlı açıqlamasında bunları deyib:

“Bu mükafatı qazandığım üçün xoşbəxtəm. İngiltərə Premyer Liqasında zədələrdən qaçmaqla bəxtim gətirdi.

Fərdi mükafat mənim üçün o qədər də vacib deyil. Amma mənə minlərlə azarkeş səs verib. Bu da məni qürurlandırır”.









Redaktorun seçimi