Evlilik təklifi edən futbolçuya hakimdən cəza

Hit: 457
Evlilik təklifi edən futbolçuya hakimdən cəza
ABŞ-ın Quam adasında futbol oyunu zamanı maraqlı anlar yaşanıb. 
 
Faktor.az xəbər verir ki, "NAPA Rovers" klubunun futbolçusu Eşton Surber "Quam Şipyards" ilə matçda 5-ci qolu vurduqdan qapının arxasında əyləşən sevgilisinin yanına qaçıb. 
 
Köynəyini çıxaran futbolçunun üzərində olan ikinci köynəkdə "Mənimlə evlənərsən?" yazısı olub. Hakim isə futbolçunun bu addımını qiymətləndirməyib və onu cəzalandırıb. 
 
Qeyd edək ki, Surberin komandası 5:1 hesabı ilə qalib gəlib, sevgilisi isə ona "hə" cavabı verib. 








Redaktorun seçimi