Əziz Yıldırım "od püskürdü" - Pulun "üstündə oturub" ...

Hit: 643
Əziz Yıldırım "od püskürdü" - Pulun "üstündə oturub" ...
Türkiyə Superliqasının 17-ci turu çərçivəsində "Fənərbaxça" doğma meydanda "Adanaspor" ilə 2-2 hesablı heç-heçə edib. 
 
Faktor.az xəbər verir ki, görüşdən sonra İstanbul klubunun prezidenti Əziz Yıldırım sərt açıqlamalar verib. 
 
O, TFF ilə bağlı tənqidi fikirlər səsləndirib. "Bu ölkədə prezidenti belə tənqid etmək olur. Ancaq TFF-dəkilərə heç nə olmur. Federasiya prezidenti, federasiya və hakimlərlə bağlı bir fikir səsləndiriləndə, sopa əllərində "Cəza verərik" deyirlər. Türk futboluna zərər verirlər. Türk futbolu hara gedir?! Ölkə prezidentinin maaşı 25 min lirədir. Futbol federasiyasında da bir neçə adam 25 min lirə maaş alır. Bunu araşdırsınlar. Pulun "üstündə oturub", ona buna cəza verirlər". 
 
Yıldırım klublara səslənərək hakimlərdən narazılıqları varsa federasiyada yenidən səsvermə keçirməyi təklif edib. 








Redaktorun seçimi