Hiquain Messini "Yuventus"a dəvət edir

Hit: 452
Hiquain Messini "Yuventus"a dəvət edir

Qonzalo Hiquain həmyerlisi Messini "Yuventus"a çağırıb.

Faktor.az xəbər verir ki, argentinalı forvard İtaliyada güclü müdafiəçilərin olduğunu qeyd edib.

"Şübhəsiz, Messiyə "Yuventus"da oynamağı məsləhət görərdim. İtaliya A Seriyası, xüsusilə etibarlı müdafiə baxımından çətin çempionatdır. Ronaldu və Messinin burada necə oynayacağını görmək maraqlı olardı. Bu çempionatda nəzərəçarpacaq dərəcədə artırmışam. "Real" və "Yuventus" bir-birinə bənzəyir. Hər iki komanda bütün turnirlərdə finala çıxmağı qarşısına vəzifə kimi qoyur. Hər iki komandada tələblər yüksəkdir. Oyun tərzini dəyişə bilərsən, amma hər şeyi qazanmağa məcbursan".









Redaktorun seçimi