Çində legioner limiti sərtləşdirildi

Hit: 578
Çində legioner limiti sərtləşdirildi

Son 2 ildə Asiyada transfer rekordlarını bir-birinin ardınca yeniləyən Çində transfer limiti sərtləşdirilib.

Faktor.az xəbər verir ki, artıq Superliqa oyunlarında meydana hər komandadan yalnız 3 legioner çıxa bilər. Matçın iştirak ərizəsinə 5 legionerin adı salına bilər. Eyni zamanda bura 23 yaşlı 2 futbolçunun adı daxil edilməlidir. Onlardan biri mütləq start heyətində meydana çıxmalıdır.

Çində daha öncəki limitə görə iştirak ərizəsində 1 asiyalı, 4 başqa qitələrdən olan legionerin adı salına bilərdi. Meydanda 1 asiyalı, 3 başqa qitədən olan legioner oynaya bilərdi. Qeyd edək ki, Çində yeni mövsümə martın 4-də start veriləcək.









Redaktorun seçimi