“Real” gələn həftə “ikinci İbra” ilə müqavilə bağlayacaq

Hit: 567
“Real” gələn həftə “ikinci İbra” ilə müqavilə bağlayacaq

“Real” İsveçin AİK klubunun hücumçusu Aleksandr İsakı transfer edir.

Faktor.az xəbər verir ki, İsveçdə “ikinci İbrahimoviç” adlandırılan futbolçu gələn həftə “Real”la müqavilə bağlayacaq. İsak yanvarın 18-də Madridə gedərək, müqavilə şərtlərini razılaşdıracaq.

Ancaq “kral klubu” futbolçunu yalnız yayda sifariş edə biləcək. FİFA-nın “Real”a tətbiq etdiyi transfer qadağasına görə “kral klubu” qışda futbolçu sifariş verə bilməz.

İsak İsveç yığmasında 2 oyun keçirib, 1 qol vurub. O, yığmada qol vuran ən gənc futbolçu kimi İsveç futbolunun tarixinə düşüb.









Redaktorun seçimi