Kamran Ağayev 3 qol buraxdı - Komandası məğlub olmadı - VİDEO

Hit: 958
Kamran Ağayev 3 qol buraxdı - Komandası məğlub olmadı - VİDEO

Bu gün Portuqaliya Premyer Liqasında 17-ci turun oyunları davam edib.

Faktor.az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” klubu Lissabonda lider “Benfika”nın qonağı olub. Azarkeşlər bu qarşılaşmada 6 qol izləyib. Belə ki, matçın ilk hissəsi qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq "Boavişta" üstünlüyünü qoruyub saxlaya bilməyib. Oyunun 52-ci dəqiqəsində Jonas 11 metrlik cərimə zərbəsi ilə Ağayevi məyus edib. Bu qoldan 15 dəqiqə sonra Fabio Espinyo qapıların yerini səhv salıb. 

Millmizin üzvü Kamran Ağayev bu oyunda adını tabloya yazdırmağı bacarıb. O, 75-ci dəqiqədə sarı vərəqə almaqla "fərqlənib". Emin Mahmudov isə sona qədər ehtiyat oyunçular skamiyasında əyləşib. Bu maraqlı qarşılaşma 3-3 hesablı bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Boavişta" bu heç-heçədən sonra xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.









Redaktorun seçimi