“Qara qitə”də futbol həyəcanı başlayır

Hit: 431
“Qara qitə”də futbol həyəcanı başlayır

Bu gün Afrika Millətlər Kubokuna start veriləcək.

Faktor.az xəbər verir ki, qitə birinciliyinin açılış oyununda A qrupunda meydan sahibi Qabon Qvineya-Bisauyla qarşılaşacaq.

Bu qrupun digər oyununda isə Burkina-Faso və Kamerun üz-üzə gələcək.

16 millinin 4 qrupda mübarizə apardığı qitə birinciliyi yanvarın 14-dən fevralın 5-dək davam edəcək.

1957-ci ildən təşkil edilən Afrika Millətlər Kubokunda ən çox Misir qalib gəlib (7 dəfə). Kamerun və Qana isə hərəyə 4 dəfə çempionluq sevinci yaşayıblar. 2015-ci ildə baş tutmuş son qitə birinciliyinin qalibi Fil Dişi Sahili millisi olub.

Afrika Millətlər Kuboku, 1-ci tur

14 yanvar

A qrupu

20:00 Qabon - Qvineya-Bisau

23:00 Burkina-Faso - Kamerun









Redaktorun seçimi