"Təzə gələndə güclü klub çox idi. Amma indi..." - Yelizaveta Səmədova - MÜSAHİBƏ

Hit: 2436
"Təzə gələndə güclü klub çox idi. Amma indi..." - Yelizaveta Səmədova - MÜSAHİBƏ

“Telekom” klubunun və Azərbaycan milli komandasının voleybolçusu Yelizaveta Səmədova Faktor.az saytına müsahibə verib.

– İlk olaraq voleybola gəlişiniz barədə bir az danışaq…

– Hər şey məndə 12 yaşımdan başlayıb. Uşaq vaxtında idmanla çox məşğul olmuşam. Xarkovda qohumlarımız var idi. Ailəlikcə idmanla məşğul olmuşuq. Atam və qardaşım futbolçu olub. Voleybolu isə özüm sevib seçmişəm.

– Sizcə, Azərbaycan Super Liqasının səviyyəsi aşağı düşüb?

– Mən bura ilk gələndə daha çox güclü klublar var idi. Maliyyə böhranı ilə əlaqədar indi iki güclü klub qalıb. “Azerreyl” ve “Telekom”.

– Ötən il gümüş medal qazandınız, bu il isə ilk yarını çempion kimi başa vurdunuz. Bu üstünlüyü qoruyub saxlaya biləcəksinizmi?

– Əlbəttə ki, biz bu il çempion olmaq istəyirik. Bunun üçün çalışırıq, əsas hədəfimiz budur.

– Gənc yaşınızda artıq komandanın kapitanısınız. Bu cür məsuliyyət 21 yaşlı kapitanı qorxutmur ki?

– Heç bir çətinlik məni qorxutmur. Bu, baş məşqçinin seçimidir. Özü məni seçib. Artıq 4 ildir ki, mən burdayam.

– 2017-ci il Bakıda ilk dəfə voleybol üzrə Avropa çempionatı keçiriləcək. Qrupda hansı rəqiblərinizdən çəkinirsiniz? Favoriniz hansı ölkədir?

– Biz heç bir komandadan çəkinmirik. Çalışacağıq ki, əlimizə düşən bu fürsətdən yaxşı faydalanaq, layiqli mübarizə aparaq. Favorit kimi isə Rusiya və Serbiyanı qeyd edərdim. Çox güclü komandalardır.

– Rusiya millisi ardıcıl iki dəfə Avropa çempionu olub. Bu, sizi qorxutmur ki?

– Xeyr, qətiyyən qorxutmur.

Orxan Hacı // Faktor.az









Redaktorun seçimi