"Əsas yaralı yerimiz..." - Zoran Qayiç

281 dəfə oxunub
"Əsas yaralı yerimiz..." - Zoran Qayiç
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında II turun matçlarına start verilib.
 
Bakının “Telekom” klubu bu turda doğma meydanda Polşanın “Ximik” klubunu qəbul edib. Zoran Qayiçin yetirmələri 0:3 hesablı məğlubiyyətə üzülüb.
 
Oyundan sonra Faktor.az-a açıqlama verən serbiyalı mütəxəssis bunları deyib:
 
"Oyun praktikamız azdır. Rəqib isə yanvar ayında artıq bir neçə oyun keçirib. Bizim çempionatda isə hələ ki, fasilədir. Təcrübə və praktika bu gün öz sözünü dedi. Bizim əsas yaralı yerimiz az oyun keçirməyimizdir".

 


loading...
loading...

Redaktorun seçimi