Almaniya ilə oyunun biletləri satışa çıxdı

259 dəfə oxunub
Almaniya ilə oyunun biletləri satışa çıxdı

Azərbaycan - Almaniya qarşılamasına biletlərin onlayn satışı başlayıb.

Faktor.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, FİFA-2018 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı bu gündən etibarən başlayır.

Biletləri http://tickets.affa.az/ ünvanından əldə etmək olar.

Qeyd edək ki, biletlərin kassalarda satışı fevralın 1-dən etibarən həyata keçiriləcək.


loading...
loading...

Redaktorun seçimi