Sabiq “Real”lı 38 yaşında - Çinə üz tutdu

221 dəfə oxunub
Sabiq “Real”lı 38 yaşında - Çinə üz tutdu

Portuqaliya millisinin və “Real”ın sabiq üzvü Rikardo Karvalyo karyerasını Çində davam etdirəcək.

Faktor.az xəbər verir ki, 38 yaşlı müdafiəçi Çinin “Şanxay SİPG” klubuyla anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb.

Xatırladaq ki, Karvalyo karyerası ərzində “Real”dan başqa, “Portu”, “Çelsi” kimi komandalarda da top qovub.

Portuqaliyalı müdafiəçinin son iş yeri “Monako” olub. Ötən yayda “knyazlıq klubu”ndan ayrılan Karvalyo işsiz idi.


loading...
loading...

Redaktorun seçimi