Millimiz ilə məğlubiyyətlə başladı - VİDEO

1141 dəfə oxunub
Millimiz ilə məğlubiyyətlə başladı - VİDEO

FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan turnir davam edir.

Faktor.az xəbər verir ki, millimiz bu gün ilk sınağına çıxıb. Tarixində 9-cu dəfə beynəlxalq turnirdə çıxış edən yığmamızın ilk rəqibi Litvalı həmyaşıdları olub.

Azərbaycan yığması baltikyanı ölkə ilə üçüncü dəfə qarşılaşıb. Bu oyuna qədər rəqiblər turnir çərçivəsində iki dəfə görüşmüşdülər. İlk belə matç 2012-ci ildə baş tutmuşdu. 1:1 hesabı ilə başa çatan görüşün taleyinə penaltilər seriyası aydınlıq gətirmişdi. Litva yığması bu “lotereya”da daha dəqiq olmuşdu – 6:5. Yığmamız 1 il sonra revanş ala bilmişdi. 2013-cü ildəki matç məhsuldarlığı ilə də diqqət çəkmişdi. Millimiz rəqibinə 3:2 hesabı ilə qalib gəlmişdi.

Bugünkü görüşdə isə yenə litvalılar seviniblər. Fasilə ərəfəsində rəqibin qoluna komandamız ikinci hissənin əvvəlində Doğukan Öksüzlə cavab verib. Lakin Litva yığması dərhal ikinci dəfə hesabda önə keçib və bunu sona qədər qorumağı bacarıb. Bununla da U-19 millimiz turnirdəki ilk qarşılaşmasında minimalhesablı məğlubiyyətə düçar olub.

Qeyd edək ki, qrupun digər matçında Slovakiya Qazaxıstanla üz-üzə gələcək.

Valentin Qranatkinin xatirə turniri

Qrup mərhələsi

9 yanvar

C qrupu

Litva – Azərbaycan - 2:1

Qollar: Tadas Paulikas, 44, Edqaras Utkis, 59 - Doğukan Öksüz, 55


loading...
loading...

Redaktorun seçimi