Sabiq "Qalatasaray"lı karyerasını bitirdi

974 dəfə oxunub
Sabiq "Qalatasaray"lı karyerasını bitirdi
Bir müddət "Qalatasaray"da forma geymiş Zvjezdan Misimoviç 17 illik futbol karyerasını bitirib. 
 
Faktor.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçisi Bosniya və Herseqovina mətbuatına açıqlamasında bildirib. 
 
Almaniyanın "Bayern", "Bochum", "Nürnberq", "Volsburq" kimi klublarında çıxış edən Misimoviç 2010-cu ildə "Qalatasaray"a keçib. Türkiyədə ümidləri doğrultmayan futbolçu Rusiyanın "Dinamo"sunda (Moskva) forma geyindikdən sonra Çiçə yollanıb. 
 
Qeyd edək ki, Misimoviç 2015-ci ildən Çinin "Beijing Renhe" klubunda çıxış edib. Bosniya və Herseqovina millisində 84 matçda çıxış edən futbolçu 26 dəfə fərqlənib. 


loading...
loading...

Redaktorun seçimi