Kamran Ağayev əsas - Mahmudov isə ehtiyyat heyətdə - FOTO

321 dəfə oxunub
Kamran Ağayev əsas - Mahmudov isə ehtiyyat heyətdə - FOTO

Bu gün Portuqaliya Premyer Liqasında 16-cı turun növbəti oyunları keçiriləcək.

Faktor.az xəbər verir ki, millimizin üzvləri – Emin Mahmudov və Kamran Ağayevin şərəfini qoruduğu “Boavişta” sözügedən tur çərçivəsində öz meydanında “Vitoria de Setubal” ilə qarşılaşır. Artıq başlayan oyuna Kamran Ağayev start heyətə başlayıb, Mahmudov isə ehtiyat oyunçular skamiyasında şansını gözləyir.

Bakı vaxtı ilə 22:00-da başlayan oyunda hələ ki, hesab açılmayıb.

Qeyd edək ki, Portu təmsilçisi geridə qalan 15 turda 17 xal toplayıb. Komanda turnir cədvəlində 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

 


loading...
loading...

Redaktorun seçimi