Ukraynalı azakeşlərdən böyük tərbiyəsizlik - FOTOLAR

Hit: 514
Ukraynalı azakeşlərdən böyük tərbiyəsizlik - FOTOLAR

Dünən axşam keçirilən və "Dinamo Kiyev"in "Beşiktaş"ı 6-0 hesabı ilə məğlub etdiyi qarşılaşmasında meydan sahiblərinin azarkeşləri böyük tərbiyəsizlik ediblər.

Faktor.az 
xəbər verir ki, "Dinamo" fanatları tribunalarda türklərin sayının çox olmasından və "Beşiktaş" səslərinin daha yüksəkdən gəlməsindən qəzəbləniblər. Təxminən 10 min nəfərin izlədiyi qarşılaşmada tribunalarda 6 minə yaxın türkiyəli futbolsevər olub.

Meydan sahiblərinin qəzəbli azarkeşləri bu məqamda Türkiyə və "Beşiktaş"ın bayraqlarını yandırmaqla türklərə acıq verməyə çalışıblar.

1
1








Redaktorun seçimi