Arda Çempionlar Liqasında "het-trik" edən - 3-cü türk futbolçu

Hit: 650
Arda Çempionlar Liqasında "het-trik" edən - 3-cü türk futbolçu
Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" ilə qarşılaşan "Barselona" 4:0 hesabı ilə qələbə qazanıb. 
 
Faktor.az xəbər verir ki, Katalonya klubunun türk futbolçusu Arda Turan bu görüşdə het-trik edib. 
 
Beləliklə, Arda bu turnirdə het-trik edən üçüncü türk futbolçu olub.
 
Ondan əvvəl 2004-2005-ci illər mövsümündə Tuncay Şanlı "Fənərbaxça"nın "Mançester Yunayted"i İstanbulda 3:0 hesabı ilə yendigi görüşdə, 2012-2013-cü illər mövsümündə isə Burak Yılmaz "Qalatasaray"ın "CFR Cluj"U 3:1 hesabı ilə məğlub etdiyi görüşdə qeydə alınıb. 
 
Arda Turan karyerasında ikinci dəfə bir görüşdə 3 qola imza atmaq uğurunu əldə edib. 
 
Türkiyə millisinin üzvü daha əvvəl  4 may 2008-ci il tarixində "Qalatasaray"ın "Sivasspor"u 5:3 hesabı ilə yendiyi Super Liqa oyununda 3 dəfə fərqlənib. 
 
Bu mövsüm "Barselona" forması ilə 7 qol vuran Arda komandada Messi (20) və Luis Suaresdən (12) sonra ən çox qol vuran 3-cü futbolçudur. Neymarin isə aktivində 6 qol var. 
 








Redaktorun seçimi