Messinin Ronaldoya çatmasına - 1 qol yetmədi

Hit: 857
Messinin Ronaldoya çatmasına - 1 qol yetmədi

“Barselona”nın hücumçusu Lionel Messi cari mövsüm Çempionlar Liqasında qollarının sayını 10-a çatdırıb.

Faktor.az xəbər verir ki, argentinalı ulduz futbolçu buna qrup mərhələsinin son turunda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşmada hesabı açmaqla nail olub.

Leo bununla da Çempionlar Liqasının qrup mərhələsində 10 qol həddini keçən ikinci futbolçu olub. Lakin Messinin rekordu təkrarlamaq üçün 1 topu çatmayıb. Rekord isə 2015-16 mövsümündə qrupu 11 qolla tamamlayan “Real”ın hücumçusu Kriştianu Ronaldoya məxsusdu.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində Çempionlar Liqasındakı qolların sayını 93-ə çatdırıb.









Redaktorun seçimi