2017 Formula-1 Azərbaycan Qran Prisinin ilk biletini - Kim alıb? - FOTOLAR

Hit: 646
2017 Formula-1 Azərbaycan Qran Prisinin ilk biletini - Kim alıb? - FOTOLAR

Dekabrın 2-dən etibarən 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb.

Faktor.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim məlumat verib.

Onun sözlərinə görə, biletləri www.bakucitycircuit.com saytında elektron qaydada satışa çıxarıldığı andan cəmi 2 dəqiqə sonra ilk bilet alınıb. Onun sözlərinə görə, 2017 Formula 1 Azərbaycan Qran Prisinin ilk bileti İngiltərədən alınıb. Bunun ardıncı isə Rusiyadan bilet sifariş edilib. 

Qeyd edək ki, 2017 Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25-də Bakıda keçiriləcək.









Redaktorun seçimi