"Fənərbaxça"nın keçmiş futbolçusu həbs olundu

Hit: 294
"Fənərbaxça"nın keçmiş futbolçusu həbs olundu

"Fənərbaxça" və "Sivasspor"un keçmiş futbolçusu Fabio Bilika 17 min dollarlıq alimenti ödəmədiyi üçün ayın 17-də həbs olunub. 

Faktor.az xəbər verir ki, bu barədə məlumatı Braziliya mətbuatı yayıb. Xəbərdə onun daha öncə də təcavüz, adam yaralamaq kimi olaylara da gündəmə gəldiyi qeyd olunaraq, yazıya "Yenə Bilika, yenə hadisə" başlığı verilib. 

Həbs olunduqdan sonra borcu ödəyən Bilika sərbəst buraxılıb. 

Qeyd edək ki, daha öncə də keçmiş həyat yoldaşına alimenti ödəmədiyi üçün bir yardım kapmaniyasından iştirakı zamanı tutulmuşdu. 









Redaktorun seçimi