Devid Bekhem yenidən "Real"da

Hit: 460
Devid Bekhem yenidən "Real"da
İngiltərə millisinin və "Real"ın sabiq üzvü Devid Bekhem Madrdi klubunun səfiri olacaq. 

Faktor.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Mənbənin verdiyi xəbərə görə, 41 yaşlı veteran futbolçu "Real" brendinin ABŞ-da təbliğatı ilə məşğul olacaq. Bu vəzifənin rəsmiləşəcəyi haqda hələlik məlumat verilməyib. 

Qeyd edək ki, Devid Bekhem 2003-2007-ci illərdə "Real"ın şərəfini qoruyub. O, həmçinin də "Mançester Yunayted", "Milan", PSJ və "Los Anceles Qalaksi" kimi klublarda çıxış edib. Bekhem 2013-cü ildə karyerasını başa vurub. 








Redaktorun seçimi