Liderlərin çempionluq mübarizəsi - "Qəbələ"nin "Sumqayıt" səfəri, “Qarabağ” "Neftçi"yə qarşı

Hit: 360
Liderlərin çempionluq mübarizəsi - "Qəbələ"nin "Sumqayıt" səfəri, “Qarabağ” "Neftçi"yə qarşı

 

Bu gün keçiriləcək 2 görüşlə Topaz Premyer Liqasında 9-cu tura yekun vurulacaq.

Faktor.az xəbər verir ki, son oyun günündə matçlardan biri Sumqayıtda, digəri isə Bakıda keçiriləcək.

Turnir cədvəlinin lideri “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq. Bu rəqiblə matçlarda ciddi çətinlik çəkməyən Roman Qriqorçukun yetirmələrinin səfərdən itkisiz qayıdacağı gözlənilir. 10 matçdı uduzmayan lider izləyiciləri ilə fərqin azalmaması üçün xal itirməməlidir. “Sumqayıt” isə lideri büdrətməklə xal hesabını artırmaq arzusundadır.

Son 3 mövsümün qalibi “Qarabağ” isə “Neftçi” ilə qarşılaşacaq. Tura məhz tarixi duellə yekun vurulacaq. Elxan Abdullayevin yetirmələri autsayderlər qrupunu tərk etmək Ağdam klubunu xalsız qoymalıdılar. Tarixinin ən ağır dövrünü yaşayan “Neftçi” ardıcıl 2-ci məğlubiyyətini alsa, durumunu daha da pisləşdirəcək. “Qarabağ” isə “İnter”in xal itirməsindən istifadə edib, 2-ci pilləni ələ keçirmək niyyətindədir.

Topaz Premyer Liqası

9-cu tur

25 oktyabr (çərşənbə axşamı)

16:00. “Sumqayıt” – “Qəbələ”

Sumqayıt şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”

8-ci km qəsəbə stadionu









Redaktorun seçimi