Jalə Əhmədova Dünya Alpaqut Federasiyasının prezidenti seçildi - FOTOLAR

Hit: 1661
Jalə Əhmədova Dünya Alpaqut Federasiyasının prezidenti seçildi - FOTOLAR
Bu gün AMEA - Mərkəzi Elmi Kitabxanasının böyük akt salonunda Dünya Alpaqut Federasiyasının III - Qurultayı keçirilib.
 
Faktor.az xəbər verir ki, qurultayda millət vəkilləri, tanınmış ictimaiyyət xadimləri, ziyalılar, idmançılar o cümlədən federasiyanın struktur heyəti iştirak edib.
 
Qurultay əvvəlcə İdarə Heyyətinin üzvü Emil Rəhimovun açılış nitqi və dövlət himni ilə start götürüb. Həmçinin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Alpaqut turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası Vasif Namazov çıxışı zamanı 2014-2022-ci illər ərzində Dünya Alpaqut Federasiyasının əldə etdiyi uğurlardan və görülən işlərdən danışıb.
 
Qurultayda Millət vəkili Jalə Əhmədova yekdilliklə səsə qoyularaq Dünya Alpaqut Federasiyasının prezidenti seçilib. Daha sonra federasiyanın Birinci vitse prezidenti Könül Nurullayeva, Vitse prezidentlər Emil Rəhimov və Fərhad Əliyev, Baş Katib Fərid Əlizadə, İdarə heyyətinin sədri Vasif Namazov elan edilib.
 
Dünya Alpaqut Federasiyasının digər strukturlarına rəhbərlərin yaxın günlərdə təyin olunaraq elan ediləcəyi baradə məlumat verildi.
 
Qeyd edək ki, Dünya Alpaqut Federasiyası 12.02.2014–cü ildə Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmən qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır və Beynəlxalq Bədən Tərbiyəsi və İdman Elmi konsulluğu tərəfindən rəsmən tanınmışdır.
 
Federasiyanın Azərbaycan başda olmaqla 47 ölkə üzrə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi