Jurnalistlər arasında şahmat turnirində - 1/4 finalçılar bəlli olub

Hit: 741
Jurnalistlər arasında şahmat turnirində - 1/4 finalçılar bəlli olub
22 iyul - Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat üzrə komanda yarışına start verilib.
 
Faktor.az xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil olunan turnirdə qrup mərhələsinin oyunları keçirilib.
 
Qrup mərhələsi dairəvi sistemlə baş tutub. Hər qrupda 8 komandanın mübarizə apardığı yarışda ilk dördlük 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 
A qrupunda “Futbol Trend” komandası (Faiq Tahirov, Vüqar İmanov) 5 qələbə və 2 heç-heçə ilə növbəti raunda lider kimi vəsiqə qazanıb. İlk dördlükdə qərarlaşan “Master” (Murad Əliyev, Seymur Baxşıyev), “Savalan” (Elmidar Əliyev, Samirə Allahverdiyeva) və “Veni Vidi Vici” (Seymur Teymurov, Vüqar Məmmədov) də adını növbəti mərhələyə yazdırıb.
 
B qrupundan isə “Qoallisimo” (Aysel Adıgözəlli, Səddam Laçın) “Firavan” (Pünhan Şükür, Bəxtiyar Məcidli), “Ağ-qara” (Sərxan Musalı, İman Məcidov) və “Siciliya müdafiəsi” (İlkin Vidadioğlu, İbrahim Məmmədov) mərhələ adlayıb.
 
B qrupunun lideri “Qoallisimo” növbəti raundda digər qrupda dördüncü yeri tutan “Veni Vidi Vici” ilə qarşılaşacaq. 1/4 finalda “Firavan” - “Savalan”, “Master” - “Ağ-qara” və “FutbolTrend” - “Siciliya müdafiəsi” görüşləri də baş tutacaq.
 
Oyunlar olimpiya sistemi ilə davam edəcək və komandalar iki oyun keçirəcəklər.
 
Çempionatın qalibləri 22 iyul Milli Mətbuat Günü ərəfəsində mükafatlandırılacaq. İlk üç yeri tutacaq komandalara pul mükafatı, sponsorlardan hədiyyələr və diplom təqdim olunacaq. Eyni zamanda bağlanış mərasimində Təşkilat Komitəsi xüsusi nominasiyalar üzrə qalibləri elan edəcək.







Redaktorun seçimi