Azərbaycan vəkil futbolunun uğurlarına həsr edilən tədbir keçirilib - FOTOLAR

Hit: 1289
Azərbaycan vəkil futbolunun uğurlarına həsr edilən tədbir keçirilib - FOTOLAR
Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “Badamdar Estates” mehmanxanasında vəkil futbolunun uğurlarına həsr edilən tədbir keçirilmişdir. Tədbir Kollegiya sədri Anar Bağırov, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, hakimlər, vəkillər hüquq müdafiəçiləri və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub.
 
 “Vəkil marşı” ilə start verilən mərasimdə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, "Advokat" komandasının rəhbəri Elçin Usub keçdikləri yola nəzər salıb, vəkil futbolunun tarixi barədə iştirakçılara məlumat verib. O, 2017-ci ildə Ukraynanın Lvov şəhərindən gələn dəvət məktubunun bu yolun başlanğıcı olduğunu qeyd edib, qatıldıqları ilk turnirin də məhz Lvov şəhərində keçirilmiş beynəlxalq turnir olduğunu söyləyib. Daha sonra komandanın iştirakçısı olduğu turnirlərdə vurulmuş maraqlı qolların yer aldığı videoçarx nümayiş olunub.
 
"Advokat" Azərbaycan Kubokunda ən böyük uğuruna isə 2019-cu ildə imza atıb. Azərbaycan kubokunun finaladək irəliləyən kollektiv həlledici görüşdə peşəkar futzalçılardan ibarət EKOL-a uduzub. Vəkil futbolçulardan ibarət Azərbaycan yığması isə beynəlxalq turnirlərdə çıxış edib. Bu komanda vəkillər arasında dünya çempionatında ilk dəfə Azərbaycanı təmsil edib. 40-dan çox ölkənin qatıldığı sayca 20-ci mundialda bu kollektiv 3-cü yeri tutub. Turnirin ən yaxşı oyunçusu və ən yaxşı bombardiri nominasiyalarında da yığma üzvləri fərqləniblər. Azərbaycan millisi dünya çempionatında ən çox qol vuran komanda olmaqla yanaşı, turnirin qalibi İtaliya "Palermo"suna uduzmayan yeganə komanda olub. O, qeyd edib ki, 2023-cü ildə vəkil və hüquqşünaslar arasında beynəlxalq yarışın Azərbaycanda keçirilməsinin mümkünlüyünü də dilə gətirib. Usub bundan ötrü müvafiq qurumların dəstəyinə də ehtiyac duyduqlarını vurğulayıb.
 
Daha sonra çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov əldə olunmuş nailiyyətlərdə vəkil idmanının futbolla yanaşı, digər növlərdən, o cümlədən şahmatdan və qadın voleybolundan da ibarət olduğunu, belə turnirlərlə Azərbaycanın Cənubi Qafqazda bütün sahələrdə söz sahibi kimi göstərdiklərini diqqətə çatdırıb.
 
Sədr həmçinin digər hüquq-mühafizə orqanlarının da komandalarının olmasını arzuladıqlarını əlavə edib, qazanılan uğurlarda əməyi olan hər kəsə təşəkkürünü bildirib.
 
Ardından "Advokat" komandasının üzvləri futzal üzrə Azərbaycan çempionatının II Liqasının qalibi, Vəkillər Kollegiyasının yığması isə qeyri-rəsmi dünya çempionatının bürünc mükafatçısı olması münasibətilə təltif olunmuşlar.
 
Tədbirdə eyni zamanda Vəkil Klubu tərəfindən Vətən müharibəsinə həsr olunmuş "Qarabağ Azərbaycandır" II vəkil bədii yaradıcılıq müsabiqəsinin qalibləri təltif olunub. Belə ki, ilk üç yerin qaliblərinə müvafiq sertifikatlar və Libraff kitab mağazasından müvafiq hədiyyə kuponları verilmişdir. Qeyd etmək istərdik ki, ilk 3 yerin qalibləri aşağıdakı şəxslərdir:
 
1. Elşən Məcidli
2. Zərifə Mustafayeva
3. Xəlil Məmmədli
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi