Alpaqut üzrə Bakı şəhər açıq turniri - FOTOLAR

Hit: 721
Alpaqut üzrə Bakı şəhər açıq turniri - FOTOLAR
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Alpaqut Federasiyası Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş Bakı şəhər açıq turniri keçirib.
 
FAKTOR.AZ xəbər verir ki, turnirin açılış mərasimində ilk öncə Ulu öndər Heydər Əliyevin əziz xatirəsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
 
Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən turnirdə çıxış edən Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Qüdrət Nuriyev idmançılara  uğurlar arzulayıb. O,  Alpaqut idman növünün inkişaf edərək daha geniş yayılması üçün görülən işlərdən məlumat verib.
Daha sonra çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi rəisi Raqif Abbasov, Beynəlxalq Turan oyunları Komitəsinin Prezidenti Fərid Əlizadə, Azərbaycan Döyüş Federasiyaları Asossasiyasının Prezidenti Azər Həsənsoy, yazıçı İradə Əlili, Azərbaycan Autizm Asossasiyasının sədri Elnur Məmmədli ölkəmizdə dövlət tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, idmanın maddi-texniki bazasının yüksək səviyyədə qurulması, respublikamızın hər yerində bu sahənin inkişafı üçün yaradılan şərait böyük nailiyyətlərin qazanılması üçün geniş imkanlar yaradıb. Bu gün Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş yarış da məhz alpaqut idman növünün inkişaf daha da təkan vermiş olacaq.
 
Tədbirdə həmçinin qəhrəman şəhid anaları Əbdürrəhmanlı Mehriban, Aygün Orucova, Həyat Fondunun icraçı drektoru Hacı Nuran çıxış edərək qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclər siyasəti uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində fəal iştirakı ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi, humanitar və digər tədbirlərin keçirilməsində, xüsusilə idman yarışlarında fəal şəkildə iştirak edir.
Tədbir bədii hissəsində "Talant" rəqs qrupu, gənc xanəndə Kənan Bəşirli,  Alpaqut federasiyasının mədəniyyət deportamentinin rəhbəri Elnur Şahin və gənc Müğənni Türkan Abbasova çıxış etdilər.
 
Daha sonra idmançılar müxtəlif yaş qrupları üzrə mübarizə aparıblar. Yarışda  29 komanda və ümumilikdə  300-dən çox idmançı iştirak edib.
 
Komanda hesabı üzrə yarışın qalib və mükafatçıları:
 
Alpaqut Turan Döyüş Sənətinin
- Ayça sistemi üzrə : 1-ci yeri Nizami, 2-ci yeri Suraxanı, 3-cü yeri Ağdam
- Batur sistemi üzrə: 1-ci yeri  Laçın, 2-ci yeri Suraxanı, 3-cü yeri Zəngilan:
- Caymaz sistemi üzrə: 1-ci yeri Nizami, 2-ci yeri Harun Döyüş Klubu, 3-cü yeri Suraxanı:
- Qurşaq sistemi üzrə: 1-ci yeri Zəngilan, 2-ci yeri Şəmkir,  3-cü yeri Yasamal filialı tutulmuşdu.
 
Qalib olan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən medal və kuboklarla mükafatlandırılıb.
1
1
1
1
1
1
1







Redaktorun seçimi