Prezident kubokuna yekun vuruldu

Hit: 402
Prezident kubokuna yekun vuruldu
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatası başa çatıb.
 
FAKTOR.AZ xəbər verir ki, reqatanın ikinci günündə yarışlar Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.
 
Azərbaycan milli komandası 3 yaş kateqoriyasında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
 
Turnirin birinci günündə Suqovuşan su anbarında yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunmuş kayak və kanoe yarışlarında Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medal qazanmışdı.
 
Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançısına kubok təqdim olunub.
 
Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.







Redaktorun seçimi