Ciu-Citsu Federasiyasının İdarə Heyətinin iclası keçirilib

Hit: 564
Ciu-Citsu Federasiyasının İdarə Heyətinin iclası keçirilib
Azərbaycan Ciu-Citsu Federasiyasının bu ilin ilk İdarə Heyətinin İclası keçirilmişdir.
 
Gündəlikdə olan məsələlərdən biri artıq bu ildən etibarən Pandemiya şəraiti səbəbindən təxirə salınan tədbirlərin yenidən bərpa olunmasıdır.
Bildiyimiz kimi Pandemiyanın İdmana vurduğu zərər çox böyükdür və bu Ciu-Citsu İdman növündən də yan keçməyib.
 
2022-ci ilə qoyulan hədəflərdən biri də Azərbaycan Ciu-Citsu Federasiyasının fəaliyyətinin yeni qoyulmuş planlar üzrə davam etməsi və yarışların bərpa olunmasıdır.
 
Federasiya bu ildən etibarən tam qüvvə ilə təyin olunan hədəflərə çatmağı məqsəd qoymuşdur.

FAKTOR.AZ








Redaktorun seçimi