Dünya Alpaqut Federasiyası HESABAT VERDİ - FOTOLAR

Hit: 751
Dünya Alpaqut Federasiyası HESABAT VERDİ - FOTOLAR
Dünya Alpaqut Federasiyası 8 illlik fəaliyyəti ilə əlaqədar hesabat tədbir keçirib.
 
Tədbirdə Azərbaycan Alpaqut Federasiyasının məşqçi, hakim və idarə heyyəti, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasın rəhbərliyi və bir neçə idman federasiyaların rəhbərləri qonaq qismində iştirak ediblər.
 
Tədbir Dövlət Himnin oxunması və şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Federasiyanın beynəlxalq məsələlər üzrə vitse prezidenti Emil Rəhimov tərəfindən açıq elan edilib.
 
Tədbirdə çıxış edən Alpaqut döyüş sənətinin qurucusu, Dünya Alpaqut Federasiyasının İdarə heyyətinin sədri Kutsan Vasif Namazov Alpaqutun 8 illik fəaliyyəti ilə bağlı hesabat çıxışı edib. O, Dünya Alpaqut federasiyasının qazandığı uğurlardan, beynəlxalq yarışların və tədbirlərin uğurla keçirilməsindən, federasiyanın yeni nizamnaməsini təsdiq olunmasından və onun sturkturundan söz açaraq, yeni təyin seçilmiş idarə heyyətinin üzvlərini və strukturda vəzifə almış şəxsləri elan edib.
 
Qeyd olunub ki, yeni strukturda Rafiq Qasımov Federasiyanın Nizam Nəzarət təftiş komitəsinin sədri, Cəfər Cəfərov komitənin üzvü, Fərhad Əliyev isə Dünya Alpagut Federasiyasının peşəkar liqası üzrə vitse prezidenti vəsifəsinə seçilmişlər. Federasiyanın yeni idarə heyyətinin tərkibində isə yeni simalardan Nuranə Şıxəliyeva və Qüdrət Nuriyev yer almışdır.
 
Daha sonra söz Dünya Alpaqut Federasiyasının təsisçilərindən biri olan və eyni zamanda İdarə heyyətinin üzvü olan Fərid Əlizadə çıxış edib. O, federasiyanın gələcək layihələrindən və qarşıda duran hədəflərdən söz açaraq yaxın gələcəkdə federasiya daha böyük ciddi işlərə imza atacağını bunun üçün uyğun zamanın yetişdiyini qeyd edib.
 
Tədbirdə söz alan Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev Dünya Alpaqut Federasiyasının idarə heyyətinin üzvü kimi seçilməsində ona etimad göstərildiyinə görə təşəkkür edərək, Alpaqut ailəsində olduğu üçün çox sevincli olduğunu və bu işi daha ürəklə gördüyünü qeyd edib. O, türk xalqlarına məxsus olan alpaqut Turan döyüş sənətinin dünyada geniş yayılmasında Azərbaycanın böyük rolu olduğunu bildirib. Qısa müddət ərzində alpaqutun inkişafı istiqamətində çox böyük işlərin görülməsi və onun dünyada yayılması üçün geniş imkanlar yaradıldığını diqqətə çatıdırıb.
 
 
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının texniki direktoru Qələndər Aslanov federasiyanın fəaliyyətini çox yüksək qiymətləndirib və Alpaqut döyüş sənətinin Azərbaycan və türk dünyasının adına çox  ciddi bir iş olduğunu deyib. O, bu işdə zəhməti olan insanlara uğurlar arzuladı.
 
Daha sonra ADFA idarə heyyətinin üzvü Barat Orucov DAF idarə heyyətinin sədri Vasif Namazova hədiyyə təqdim edib. O, hər zaman Alpaqut kollektivinin dostu olduğunu və bundan sonrada bütün işlərdə dəstək verəcəyini əminliklə ifadə edib.
 
Sonda söz Dünya Alpaqut federasiyasının peşəkar liqa üzrə vitse prezidenti Fərhad Əliyevə verilib. O, etimada görə Dünya Alpaqut Federasiyasının idarə heyyətinə təşəkkürünü bildirdi və yaxın gələcəkdə Alpaqut üzrə ən yüksək səviyyədə peşəkar yarışlara start veriləcəyini bildirdi.
 
Tədbirin sonunda bütün qonaqlarla birlikdə şənlik keçirilib. Şənlikdə iştirak edən gənc müğənni Elnur Şahin öz ifası ilə tədbiri canlandırıb.
1
1
1
1
1
1








Redaktorun seçimi