İsmayıllıda növbəti idman oyunu keçirilib - FOTOLAR

Hit: 518
İsmayıllıda növbəti idman oyunu keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “İdman Həftəsi” çərçivəsində “ 5 Mart -Bədən Tərbiyəsi və İdman Günü”  münasibətilə  İsmayıllı rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə  gənc məktəblilər üçün əyləncəli idman oyunu keçirilib.
 
Əyləncəli idman oyununun təşkil edilməsində əsas məqsəd  idman kütləviliyinin artırılması, bu sahə üzrə istedadlı uşaqların aşkar edilməsi və onların qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işin keyfiyyətinin yüksəldilməsi, o cümlədən gənclərdə idmana marağın artırılmasıdır.
 
Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, məşqçi-müəllimlər və gənc məktəblilər iştirak ediblər. 
 
İlk öncə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.  O,qeyd edib ki, bu cür yarışların keçirilməsi əyləncəli idman oyunları ilə şagirdlərin dünyagörüşünün artırılmasında, onların müntəzəm idmanla məşğul olmalarının həyata keçirilməsində və sağlamlığın qorunmasında  mühüm əhəmiyyət  kəsb edir.
 
Oyunların keçirildiyi Heydər Əliyev parkında inşa edilən  yeni idman qurğuları da  məhz bu məqsədlərin həyata keçirilməsinə  xidmət edir. 
 
İdarə rəisi daha sonra İsmayıllı rayonu Heydər Əliyev adına parkda inşa olunan və ötən ilin sonunda istifadəyə verilən süni örtüklü yeni mini futbol meydançası haqqında məktəbli gəncləri məlumatlandırıb və onların həmin meydançadan istifadəsinə şərait yaradıb.  
 
Olduqca maraqlı və əyləncəli şəraitdə  təşkil edilən idman oyununda qızlar və oğlanlar arasında yer qazanmış məktəbli gənclər İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
 
1
1
1
1
1
1








Redaktorun seçimi