Rusiyanın idmandan yumşaq güc kimi istifadəsi

Hit: 831
Rusiyanın idmandan yumşaq güc kimi istifadəsi
Dünyada idmanın sürətlə inkişafı bir sıra sahələrin idmanyönümlü istiqamətdə də inkişafına təkan verməkdədir. Buna misal olaraq, idman sahəsində turizmi, həkimliyi, tibbi, könüllülüyü, texnoloji və industrial inkişafı göstərmək olar. Həmçinin idman dünya xalqlarının mədəni irsinin bir parçası olmaqla yanaşı onların qarşılıqlı əlaqəsindən yeni idman növləri və istiqamətlərinin meydana gəlməsinə səbəb olmuşdur ki, bu da təbii prosesdir. Hal-hazırda dünyada idmandan mədəni, siyasi, iqtisadi və digər sahələr üzrə əlaqələrin qurulmasında bir vasitə kimi istifadə edilir. 
Eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, müvafiq sahələr üzrə beynəlxalq təşklatlar idman vasitəsi ilə yumuşaq güc tətbiqini həyata keçirməkdədir. Buna misal olaraq, Rusiyanı da göstərmək olar. Rusiya bir sıra idman növlərinə və beynəlxalq təşkilatlara ev sahibliyi etməsinə baxmayaraq, idmanın sahə üzrə tətbiqi vasitəsi ilə öz siyasi baxışlarında təsiredici alətə yiyələnmişdir. Hal-hazırda Rusiya dünyada öz hərbi sənaye sahəsinin çoxşaxəli təbliğində idmandan düzgün istifadə edir. 
 
Bu fikirləri  Faktor.az-a açıqlamasında politoloq Pərvin Mehdiyev Beynəlxalq Ordu Oyunları haqqında danışarkən bildirib. 
 
Rusiyanın təşəbbüsü ilə yaradılan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2015-ci ildə Beynəlxalq Ordu Oyunlarını (hərbi çoxnövlü idman tədbiri) təsis etməklə geniş imkanlara sahib olmuşdur. Bu kompleks beynəlxalq yarışa qatılan dövlətlərin silahlı qüvvələrinin bölmələri dünyanın müxtəlif ölkələrində təşkil edilən 30 növ üzrə mübarizə aparırlar. Və bu yarışlarda yarış proqramı üzrə istifadəsi zəruri olan hərbi texniki vasitələrin əksəriyyəti Rusiya istehsalı olanlardır. Yarışlar eyni vaxtda hər il avqust və sentyabr ayları arasında Tank biatlonu (tank heyətləri arasında yarış), Suvorov axını (Quru hərbi maşın heyətləri arasında yarış), Aviadarts (Hava Qüvvələrinin uçuş heyətləri arasında yarış), Hava-desant tağımı (Hava desant tağımları arasında  yarış), Dəniz Desantı (Dəniz qoşun bölmələri arasında yarış), Dərinlik (Dalğıclar arasında yarış), Top atəşi ustaları (Topçu heyətləri üçün yarış), Silah ustası (Hərbi təmir tağımları arasında yarış), Açıq səma (Hava Hücumundan Müdafiə bölmələri arasında yarış), Hərbi kəşfiyyatın əlaçıları (Hərbi kəşfiyyat qrupları arasında yarış), Açıq su (Ponton bərə bölmələri arasında yarış), Təhlükəsiz marşrut (Mühəndislik istehkam bölmələri arasında yarış), Mühəndislik formulu (Hərbi mühəndis nəqliyyat vasitələrinin heyətləri arasında yarış), Təhlükəsiz mühit (Radiasiya, kimyəvi və bioloji kəşfiyyat heyətləri arasında yarış), Zirehli texnika ustaları (Maşın və tankların texniki təchizat mütəxəssisləri arasında yarış), Elbrus halqası (Dağ bölmələri arasında yarış), Sədaqətli dost (Xidməti itçilik mütəxəssisləri arasında yarış), Səhra mətbəxi (Qida xidməti mütəxəssisləri arasında yarış), Asayişin mühafizəsi (Hərbi polisin hərbi qulluqçuları arasında yarış), Hərbi ralli (Hərbi avtomobil texnika heyətləri arasında yarış), Şahin ovu (Piotsuz uçan aparatlarlarla kompleks hesablanma üzrə yarış), Qəzalı rayon (Təcili-Qurtarma birlikləri arasında yarış), At marafonu (Atlı bölmələr arasında yarış),Snayper Sərhəddi (Snayperlər arasında yarış), Güvənli qəbul (Hərbi rabitə bölmələri arasında yarış) və Qütb ulduzu (Xüsusi təyinatlı bölmələr arasında yarış), Hərbi-tibb estafeti (Tibb personalı arasında yarış), Yol patrulu (Hərbi Avtomobil Müfəttişliyinin müfəttişləri arasında yarış), Dünya döyüşçüsü (Hərbi-peşəkar ustalıq üzrə hərbi qulluqçular arasında yarış) və Dəniz Kuboku (Dəniz gəmi heyətləri arasında yarış) üzrə keçirilir.
 
Qeyd edilən yarışlardan yalnız Dəniz Kuboku yarışı hər il Azərbaycanın Xəzər dənizi akvatoriyasına təşkil edilir.
 







Redaktorun seçimi