İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib

Hit: 756
İsmayıllıda süni örtüklü meydança istifadəyə verilib
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün İsmayıllı rayonunda olub.
 
Onu səfər zamanı futbol veteranı Vəli Qasımov müşayiət edib.
 
E. Məmmədov rayon ərazisinda AFFA tərəfindən inşa edilən süni örtüklü meydançanın açılışında iştirak edib. İsmayıllını təmsil edən müxtəlif uşaq komandalarının üzvlərinə AFFA tərəfindən idman geyimləri, çanta, top hədiyyə olunub. Elxan Məmmədov və Vəli Qasımov uşaqlarla birgə futbol oynayıb.








Redaktorun seçimi