Gənclər və idman nazirinə yeni müavinlər təyin edildi

Hit: 545
Gənclər və idman nazirinə yeni müavinlər təyin edildi
Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.
 
Faktor.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
 
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.








Redaktorun seçimi